Zelenskinin Ukraynada reytinqi düşdü

  • By admin
  • 15 Oktyabr 2019 09:50

Ukraynada sosioloqlar prezident Vladimir Zelenskinin reytinqi ilə bağlı sorğu keçirib.

Gununsesi.org xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğuya əsasən Zelenski son bir ayda respondentlərdən 66%-nin rəğbətini qazanıb. Bu göstərici daha əvvəl 73% olub.

Keçmiş prezident Petro Poroşenko isə vətəndaşların mənfi münasibət bəslədiyi siyasətçilər arasında lider olaraq qalır. Ona qarşı mənfi rəy bildirənlər 65% təşkil edib ki, bu da əvvəlki göstəricidən 1% çoxdur.

 

 

Gununsesi.org