Zelenskidən xanımına ad günü təbriki: “Günün mübarək, sevgilim!” - FOTO

  • By admin
  • 06 Fevral 2020 14:13

Ukrayna Prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelena Zelenskinin ad gününü təbrik edib.

Gununsesi.org-un xəbərinə görə, o, bu barədə məlumatı rəsmi “İnstagram” hesabında paylaşıb.

“Sevmək. Heyran olmaq. Fəxr etmək. Sənin əksini uşaqların gözündə görmək. Sənin qayğını və dəstəyini hiss etmək. Sənin hər zaman yanımda olduğunu bildiyim üçün rahat və inamlı olmaq. Yeniliklərə pis və ya yaxşı reaksiya verəcəyini təxmin etmək. İlk görüş kimi hər dəfə sənlə evdə görüşü gözləmək. Sözün qüvvəsinin olmadığı zaman gözlərimizin danışması. Birlikdə gülüb-kədərlənmək, bax bu insan xoşbəxtliyidir, mənim xoşbəxtliyim isə sənsən”, – deyə o, 42 yaşı tamam olan xanımının da adını paylaşıma işarələyib.

“Günün mübarək, sevgilim! Hər bir sözünə və baxışına, mənimlə birlikdə atdığın hər addıma görə təşəkkür edirəm. Hələ birlikdə çox yol gedəcəyik. Qarşıda bizi gözlənilməz döngələr və unudulmaz xatirələrlə dolu uzun bir yol gözləyir. Bu məni xoşbəxt edir. Çünki səninlə hər şeyin öhdəsindən gələrəm”, – deyə Zelenski qeyd edib.