Tibb bacısını döyüb komaya saldılar

  • By admin
  • 04 Dekabr 2016 16:36

tibb

Zaqatalada qonşusu tərəfindən vəhşicəsinə döyülən  tibb bacısı komaya düşüb.

Gununsesi.info xəbər verir ki, Zaqatala Mərkəzi Rayon  Xəstəxanasından əldə etdiyimiz məlumata görə, dünən saat 10:30 radələrində Zaqatala şəhəri “Kür-Araz” adlanan yaşayış masivində yaşayan, 1962-ci il təvəllüdlü XədicəMuradova travmatikşok vəziyyətdə,ağır kəllə-beyn travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı məlum olub ki, bir uşaq anası olan və Zaqatala MRX-nın poliklinika şöbəsində tibb bacısı vəzifəsində işləyən Xədicə Muradova qonşusu İbrahim adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.Zaqatala rayon Polis Şöbəsindən  bildirilib ki, hadisə səhər saatlarında Xədicə Muradovanın yaşadığı ünvanda baş verib. Elə Xədicə Muradovanın qonşuluğunda yaşayan və uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkən İbrahim adlı şəxs hələki istintaqa məlum olmayan səbəbdən qadını vəhşicəsinə döyərək ona ağır bədən xəsarətləri yetirərək hadisə yerini tərk edib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Gununsesi.info