Zakir Qaralovun cinayət işi açılan qardaşı bu maddə ilə ittiham olunur - TAHİR QARALOVUN YALANI İFŞA EDİLDİ

  • By admin
  • 03 İyun 2020 13:00

 

Xəbər verdiyimiz kimi Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov haqqında bu ölkədə cinayət işi açılıb.

Bu barədə xəbər ictimailəşəndən sonra Tahir Qaralov APA-ya açıqlama verərək, məlumatı təkzib edib.

 “Mənim Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməyimlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar sifarişli və qərəzli yazılardır. Həmin yazıda adı çəkilən şəxsi mən ümumiyyətlə tanımıram. Azərbaycan ictimaiyyətini provokasiya xarakterli belə yazılara inanmamağa çağırıram”

Gununsesi.org isə Tahir Qaralovun cinayət işi barədə yeni məlumatlar əldə edib.

Belə ki, Tahir Qaralova Emil Ocaqquliyevin şikayəti əsasında Gürcüstan Cinayət Məcəlləsinin 151-ci (Hədələmə)  maddəsi ilə 007200520004 saylı cinayət işi başlanıb.

Cinayət işinin istintaqı Tiflisin Vake-Saburtalo rayonunun Kriminal Polis İdarəsinin 7-ci bölməsində aparılır.

İstinaqın aparılması isə Mariam Bakuradze adlı müstəntiqə həvalə edilib.

Gununsesi.org