Zakir Qaralova qarşı sensasion ittihamlar: Tələbə vaxtı evində qaldığı adama cinayət işi açıb - SABİQ BAŞ PROKUROR "ADNA TERRORU"NUN İSTİNTAQINI SAXTALAŞDIRIB

  • By admin
  • 01 İyun 2020 12:39
Prokurluq orqanlarının sabiq işçisi Tofiq Ağacanov keçmiş baş prokuror Zakir Qaralov haqqında sensasion faktlar səsləndirib.
Qeyd edək ki, əslən Borçalı mahalından olan Tofiq Ağacanov Zakir Qaralovun öz həmyerlilərinə qarşı etdiyi pisliklərə də toxunub.
Gununsesi.org mövzunun aktuallığını nəzərə alaraq, Ağacanovun sabiq baş prokuorla bağlı qeydlərini təqdim edir:
Tam səmimi olaraq, həqiqətləri diqqətinizə çatdırmağa çalışacam və nəticəni də, (yəni kimin kim olmasını bilmək) Sizim mühakimənizə buraxacam.
Hüquqşünas və prokuror olduğuma görə, gəldiyim nəticə üzrə yalnız faktlara və Qanunun tələblərinə yanaşacam.
Məni tanıyanlar yaxşı bilirlər ki, bütün fəaliyyətimdə həmişə həqiqətə və ədalətə nail olmağa çalışmışam. Eləcə də, hər bir vətənpərvər insan kimi, təcəvüzə məruz qalmış Qarabağın müdafiəsinə düşünmədən qoşulmuşam. , Həmin vaxt xidmət etdiyim SSRİ Baş Prokurorluğunda yaradılan istintaq qrupuna, könüllü cəlb olunaraq, Stepanakert şəhərinə ezam olmuşam və vətənimizə qarşı törədilmiş cinayətlərin istintaqının aparılmasında, iştirak etmişəm. Habelə, fəaliyyətimdə öz doğma Borçalıma və həmyerlərimə olan sevgimi və hörmətimi də, heç vaxt unutmamışam. Ümidvaram ki, bu barədə daha ətraflı həmyerlərimizin özü obyektiv fikir bildirərlər.
Bununla yanaşı, Sizin mühakimənizə verdiyim şəxs barədə çox təəsüflə bildirirəm ki, Zakir Qaralov Azərbaycan Respublikasında Baş Prokuror vəzifəsinə təyin olunandan dərhal sonra, Prezidentin qarşısında görüntü yaratmaq və olmayan reputasiyasını göstərmək məqsədilə, Borçalılara qarşı qanunsuz hərəkətlər, əsassız təzyiqlər göstərmiş və həmyerlərimizi ədalətsizliklərə məruz qoymuşdur.
Rus demişkən, “бей своих, чтобы чужие боялись» prinsipləri ilə fəaliyyətə başlamış və ona üstünlük vermişdir. Sonra da, atalar demişkən “özünün gözündə karanı görməyən, başqasında tük axtarır” kimi, hərəkət edərək, xidmətində və fəaliyyətində Borçalılara qarşı ədalətsizliyə, hətta, cinayət əməllərinə yol vermişdir.
Belə ki, Sizə məlum olduğu kimi, əsli Borçalı mahalının Başkeçid (Dmanisi) rayonundan olan Qaralov Zakir Bəkir oğlu 2000-ci ildən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsində xidmət etmişdir. 20 ildən sonra, 01 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentin Fərmanı ilə o, bu vəzifədən azad edilmişdir.
Gəlin, bu şəxsin fəaliyyətinə obyektiv olaraq nəzər salaq və ilk növbədə hər birimizə doğma olan vətənimiz -Azərbaycan Respublikasına və vətəndaşlarımıza xidmətini, eləcə də, bizim doğulduğumuz, elimiz Borçalımıza və həmyerlərimizə qarşı göstərdiyi münasibətini və ədalətsizliyini birlikdə obyektiv araşdırmaqla, müəyyən edək.
İlk öncə, diqqətinizə çatdırıram ki, Zakir Qaralov Baş Prokuror vəzifəsinə təyin ediləndən sonra 12 nəfər Azərbaycan Respublikası Prokurorluğunda xidmət edən, həmyerlərimizi, yəni əsli Borçalıdan olan Gürcüstan azərbaycanlılarını vəzifədən əsassız olaraq azad etmişdir. Bundan əlavə 3 nəfər həmyerlilərimiz- prokurorluq əməkdaşına qarşı əsassız olaraq cinayət işləri başlamış və onların 2 nəfərini həbs edib, 1 nəfərinə axtarış elan edərək, barələrində həmin işləri məhkəməyə göndərmişdir.
Həmin şəxslərdən:1)Azərbaycan Respublikasında uzun müddət şərəflə və onunla bir yerdə xidmət etmiş və müsbət cəhətdən tanınmış prokuroru, əsli Qarayazlı (Qardabani) rayonundan olan, Bakı şəhər Nərimanov rayon prokuroru vəzifəsində xidmət edən, çox hörmətli şəxs- Nürəddin Orucov, 2) əsli Qarayazlıdan olan, Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini, çox istedadlı və savadlı prokuror- Nadir Osmanov, 3) əsli Başkeciddəni olan, (deyilənə görə öz sinif yoldaşı olmuş) Russiya Federasiyasından Azərbaycana köçürmə yolu ilə gələn, Baş Prokurorluğun Ağır Cinayətləri üzrə İdarəsində mühüm işlər üzrə baş müstəntiq vəzifəsində çalışan, professional hüquqşunas Rəşid Kərimov, 4) əsli Marneuli rayunu, Daştəpə stansiyasından olan, Bakı şəhər prokurorluğunda uzun müddət xidmət edən, çox savadlı və peşakar prokuror əməkdaşı Şaxsənəm Əliyeva və digərləri.
Acınacaqlı hal odur ki, şəxsi qərəzli münasibətlərinə görə, əsli Başkeçiddən olan, öz qohumu (qardaşının qaynı), Baş prokurorluqda İdarə rəisinin müavini vəzifəsində xidmət edən, SSRİ Baş Prokurorluğundan köçürmə yolu ilə gələn, professional prokuror əməkdaşı – İsmayıl Səlimov, Qaralovun Baş Prokuror vəzifəsinə təyin edildiyindən sonra, onun tərəfindən təəqiblərə məruz qaldığına görə, ozü prokurorluqda getməyə məcbur olmuşdur. Hətta, bunda sonra da Qaralov tərəfindən onun özünə və ailəsinə təəqiblər göstərilmişdir. Məlumat üçün bildirirəm ki, İsmayıl Səlimov atası- Şamil Səlimov uzun müddət Gürcüstan Respublikası, Marneuli rayonunda prokurorun köməkci vəzifəsində işləmiş və xalqımıza göstərdiyi hörməti və diqqəti ilə tanınmış şəxs olmuşdur.
Bundan əlavə, Qaralov öz digər qohumu, Azərbaycan Respublikasının Müdafiə Nazirin müavini vəzifəsində olmuş, hərbi polkovniki, professional hərbiçi Mehman Səlimovun barəsində də, əsassız olaraq cinayət işinin başlanmasından çəkinməmişdir. Bundan əlavə Qaralov, tələbə vaxtı evində uzun müddətdə yaşadığı digər qohumu, əsli Başkeçiddən olan İsrafil İsmayılovun barəsində də, cinayət işi başlamış və onu məsuliyyətə cəlb etmişdir.
Nəzərinizə çatdırıram ki, adlarını çəkdiyim həmyerlilərimiz olan prokuror əməkdaşları, öz vəzifə borclarını layıqınca yerinə yetirən şəxslər olmuş və onların vəzəfələrindən azad edilməsindən ötrü hər-hansı bir ciddi nöqsanlar və əsaslar olmamışdır. Eləcə də, göründüyü kimi, onların hamısı yüksək vəzifələrdə xidmət edən və professional prokuror əməkdaşları olmuşlar.
Bundan əlavə, Qaralov tərəfindən, fərqli siyasi baxışına görə, əsli Bolnisi rayonunun İncəsu kəndindən olan, tanınmış siyasətci, Qarabağda vuruşmuş  Tofiq Yaqublu barəsində də cinayət işi başlanmış və o cinayət məsuliyyətinə cəlb edilmişdir.(Güman edirəm ki, onu hamınız yaxşı tanıyırsınız).Onun barəsində Qaralovun xidmət etdiyi müddətdə iki dəfə həbs qətimkan tədbiri seçilmiş və hazırda da, o, əsassısz olaraq həbsdədir.
Bildirirəm ki, Qaralovun əsassız olaraq həbs etdiyi digər həmyerlilərimiz də, olmuşdur. Həmyerlərimizdən məlum olduğu kimi, Qaralov Gəncə şəhər prokuroru vəzifəsində işləyən zamanı, orada yaşayan iş adamı, ticarət və bank sahələrində xidmət göstərən həmyerlərimizə qarşı da, ədalətsizliyə yol vermişdir.
Bununla bərabər, diqqətinizə onu da çatdırıram ki, Qaralovun Baş Prokuror vəzifəsində xidmət etdiyii 20 il müddətində onun tərəfindən digər ciddi qanun pozuntularına, hətta, cinayət əməllərinə də, yol verilmişdir.
Əziz həmyerlilərim, Sizin diqqətinizə, bizi həmişə narahat edən və üzüqara göstərən, ADNA-da törədilmiş terror cinayət hadisəsindən başlamaq istərdim. Məlum olduğu kimi, Qaralovun rəhbərlik etdiyi istintaq orqanı tərəfindən həmin cinayətin əsas iştirakçısı Fərda Qədirov və təşkilatcısı Marneuli rayonu, Şulaveri stansiyasında yaşayan və aşbazlıq ilə məşqul olub ailəsinə çörək qazanan, erməni Mardun Qumaşyan müəyyən edilmişdir.
Diqqətinizə onu çatdırıram ki, həmin cinayət işin materialları üzrə erməni Mardun Qumaşyanın cinayət məhsuliyyətinə cəlb olunması və onun barəsində həbs edilməklə axtarışa verilməsi haqqında sənədləşdirmə aparılmışdır. Əslində isə, qeyd edilmiş bu rəsmi sənədlər üzrə heç bir prosessual hərəkətləri aparılmamışdır. Mardun Qumaşyan barəsində heç bir axtarış da, elan olunmamışdır. Hətta cinayət işi üzrə Marduq Qumaşyanın izahatı belə alınmamışdır.
Baş Prokuror Qaralovun yarıtmaz prosessual rəhbərliyini həyata keçirən Azərbaycan Respublikasının Baş Prokuroprluğunun İstintaq və əməliyyat orqanları tərəfindən bu formal prosessual hərəkətləri ona görə aparılmışdır ki, bu cinayət işi acılmış hesab edilsin. Faktiki olaraq Mardun Qumaşyanın bu hadisədə təqsirinin olmaması onlara qabaqcadan bəlli olmuşdur. Ona görə də, heç bir sübut və dəlilləri olmadığına görə Mardun Qumaşyanın ekstradisiya olunması haqqında Gürcüstan Respublikasına rəsmi müraciət edilməmişdir.
Mardun Qumaşyanın bu işə əsassız cəlb edilməsi faktı, yalnız işin açılmasının göstərilməsi və bu barədə Prezidentə məruzə edilməsi məqsədi olmuşdur.
Halbuki, hər birimizə (Azərbaycanda da) bəllidir ki, həmin cinayət hadisəsi bu günə qədər müəmmalı şəkildə acılmamış qalmışdır. Buna baxmayaraq, bəzi şəxslər barəsində Azərbaycan Respublikası məhkəmələri ən ağır “ömürlük” cəza növü təyin etmişdir. İşin təşkilatcısı hesab edilən Qumaşyan isə, bizə məlum olduğu kimi, hazırda Gürcüstan Respublikası Marneuli rayonunda sərbəst gəzir.
Sizə yaxşı məlum olduğu kimi, 20 il müddətində Baş Prokuror vəzifəsini tutan Qaralov, dövlətin əsas sütünlərindən biri olan- Prokurorluq orqanlarının nəzarət funksiyasını və nüfüzünü tam məhv etmişdir. O, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olaraq, prokurorluğu siyasi orqana çevirmiş və həmin Qanunla nəzərdə tutulan prokurorluğun əsas fəaliyyəti istiqamətini cinayətkarlığa qarşı mübarizəyə deyil, müxalifət ovuna yönəltmişdir. Siyası fərqli fikir bildirən şəxslərin, hüquq müdafiəçilərin, jurnalistlərin, blogerlərin, hətta, tabeçiliyində olan öz prokuror əməkdaşının (Rüfət Səfərovun) da, barəsində əsassız olaraq cinayət işlərinin başlanmasına və həmin işlərin məhkəməyə göndərilməsinə nail olmuşdur. Qaralovun qanuna zidd göstərdiyi bu “səyi” nəticəsində bu gün Azərbaycan Respublikasında 136 nəfər siyası məhbus vardır. Həmin şəxslərin siyası məhbus olmaları, eləcə də, onların barələrində əsassız olaraq cinayət işlərinin başlanması və əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmaları, artıq Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Parlamentinin (AŞPA-nın 30.01.2020-ci il tarixli) müvafiq qərarları ilə öz təsdiqini tapmışdır.
Habelə, həmin şəxslərdən bəzilərinin təqsirsiz olmaları Azərbaycan Rrespublikası Ali Məhkəməsinin Plenumun qərari ilə də, öz təqsdiqini tapmışdır. Lakın, çox təəsüflər olsun ki, bəraət hökmü qəbul edən Ali Məhkəmə tərəfindən həmin şəxslərin barəsində,Qaralovun göstərişi ilə cinayət işi başlayan və cinayət məsuliyyətinə cəlb edən prokurorluq əməkdaşlarının və onlara prosessual rəhbərliyi həyata keçirən Qaralovun özünün, eləcə də, bilə- bilə ədalətsiz qərarlar qəbul edən hakimlərin məsuliyyətə çəlb edilmələri haqqında, qanunla nəzərdə tutulan, xüsusi qərardad çıxarılmamış və barələrində heç bir tədbir görülməmişdir.
Bundan əlavə, Qaralovun yarıtmaz fəaliyyəti ilə prokurorluğun nəzarət funksiyasının məhv edilməsi nəticəsi, cəzaçəkmə müəssisələrində insanlara qarşı işgəncə verilməsinə gətirib çıxartmışdır (Bu barədə daha əntraflı sabiq prokuror əməkdaşı Rüfət Səfərovun FB səhifəsində içtimaiətə verdiyi geniş məlumatlara nəzər yetirin).
Bununla bərabər, Sizə məlum olduğu kimi, Qaralovun xidmət etdiyi müddətdə, Azərbaycan Respublikasında baş vermiş məlum ağır və xüsusilə ağır cinayət hadisələri üzrə (Mili Məclisdə mandat alveri, Hacı Məmmədovun mütəşəkil bandasının adam öldürlülməsi və adam oğurluğu, Milli Təhlükəsizlik Nazirliyində törədilmiş korrupsiya faktları, Bakı şəhərində bir neçə binaların fasadlarından baş vermiş yanğınları və onun nəticəsində insanlara xəsarətlərin və maddi ziyanların yetirilməsi faktları və s.r çinayətlər üzrə), həmin cinayətlərin təşkilatcıları olan yüksək təbəqəli vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi, Qaralov tərəfindən bu faktların ört-basdır edilməsi, hətta, bəzi hallarda imitasiya yaratmaq məqsədilə təqsirli olmayan (JEK müdiri səviyyəsində müəyyən səlahiyyətləri olmayan) şəxslərin cinayət məsuliyyətinə əsassız cəlb edilmələri barədə KİV-də məlumatlar sızmış və FB-da tanınmış şəxslər (vəkillər və hüquqmüdafiəçilər) tərəfindən fikirlər bildirilmişdir.
Qeyd etdiyim bu cinayətlər üzrə Qaralovun kifayət qədər qanunsuz əməlləri haqqında, artıq Azərbaycanda və Sizlərə məlum olan, faktlar gətirmək olar. Lakın bunları sadalamaq fikirində deyiləm.Yalnız bir fakta görə- Sizə məlum olan, Hacı Məmmədovun cinayətkar dəstəsinin törətdiyi xüsusi ilə ağır cinayətləri barədə Baş Prokurorluğa gəlib məlumat verən Rəna Nəsibovanın qətlə yetirilməsi faktına görə, Qaralovun barəsində cinayət işi başlanması və onun cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər əsaslar vardır. Bu barədə daha ətraflı və mötəbər məlumat almaq üçün FB burada baxın: https://www.youtube.com/watch?v=2_rephiIGqk . Eləcə də, tanınmış vəkil Adil İsmayılovun FB səhisəsində içtimaiətə yayılmış məlumata baxın.
Həmin məlumatlardan açıq-aydın görünür ki, Qaralovun birbaşa təqsiri nəticəsində Hacı Məmmədovun bandasının törətdiyi xüsusilə ağır cinayətlərinin vacib şahidi olan Rəna Nəsibova qətlə yetirilmişdir. Belə ki, Rəna Nəsibova 11 avqust 2003-cü il tarixdə Baş Prokurorluğa gəlmiş və şəxsən sabiq Baş Prokuror Qaralovun və onun birinci müavini Rüstəm Usubovun qəbulunda olmuş, onların hər ikisinə Hacı Məmmədovun və onun bandası tərəfindən törətdiyi bir necə adam öldürülməsi və adam oğurluğu kimi, xüsusilə ağır cinayətlərin törədilməsi barədə detallı mətnində geniş məlumatlar vermişdir.Həmin məlumatlarda Rəna Nəsibova, Hacı Məmmədovun dəstəsinin tərkibi, onların harada yaşadıqları və daimi olduqları ünvanları, törətdikləri cinayətlərin yeri və tarixi, üsulu, hansı avtomaşınlardan istifadə etmələri, həmin avtomobillərin harada olması, cinayət yolu ilə əldə etdikləri əmlakların harada saxlanması, onun bir hissəsinin hansı şəxslərə satılması, hazırda onların harada saxlanması və cinayətləri əhatə edən digər mühüm və ətraflı məlumatlar göstərmişdir. Eləcə də, onun təhlükədə olduğunu və Hacı Məmmədovun bandası tərəfindən onun öldürüləcəyi təhlükəsinin olduğunu da, bildirirəkək, onun müdafiəsinin təmin olunmasını xahiş etmişdir.
Lakın, sabiq Baş Prokuror Qaralov qanunla üzərinə düşən vəzifəni yerinə yetirməmiş və vacib şahidi olan Rəna Nəsibvovanın təhlükəsizliyinin təmin olunmasından ötrü prosessual qanunvericilikdə nəzərdə tutulan tədbirləri görməmişdir.Əksinə, bu barədə Hacı Məmmədova məlumatlar ötürmüşdür. Bunun nəticəsində də, Rəna Nəsibovanın Baş Prokurorluğa getdiyini və onların törətdikləri cinayətləri haqqında məlumat verdiyini bilən Hacı Məmmədov və onun dəstəsi, Rəna Nəsibovanı qətlə yetirmişdir. Bu cinayəti törədə, onların dəstəsinin iştirakçısı olan Nuriyev Novruz Cavad oğlu Rəna Nəsibovanın işlədiyi yerə, Bakı şəhəri Yasamal rayonun ərazisində yerləşən “Knauf” firmasına gəlmiş və orada onun xidməti otağında Rəna Nəsibovanı boğaraq qətlə yetirmişdir. Həmin şəxs Rəna Nəsibovanın xidmət etdiyi otağa daxil olub orada sonuncu ilə əlbə-yaxa olan və onu boğan zaman, Rəna Nəsibovanın qışqırıq və köməyə çağırdığı səslərinə Rəna Nəsibovanın iş yoldaşları gəlmişdir. Həmin şəxslər otağa daxil olmaq istədiklə, otağın bağlı vəziyyətdə olduğunu görmüş və qapını sındırıb otağa daxil olduqda, orada Nuriyev Novruz Cavad oğlunun olmasını və onun otaqdan qaçmağını görmüşlər.
Qeyd edilən bu cinayət hadisəsi haqqında Bakı şəhəri Yasamal rayonun sabiq prokuroru Şirxan Adıgözəlov tərəfindən 06 iyul 2004-cü il tarixdə ətraflı arayışın Baş Prokurorluğa göndərilməsinə baxmayaraq, sabiq Baş Prokuror Qaralov bu arayışı nəzərə almamışdır. Əksinə, həmin cinayətin ört-basdır edilməsi üçün  onun göstərişi ilə Rəna Nəsibovanın güya narkotik vasitələrindən həddindən artıq dozada istifadə etməsi nəticəsində ölməsinə dair, Mərkəzi Tibbi Ekspertizasından saxta məhkəmə-tibbi ekspertiza rəyi alınmışdır.
Bundan əlavə, Qaralov Baş Prokuror vəzifəsində olarkən, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin tələblərini və Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksinin tələblərini ciddi pozaraq, prokuror fəaliyyətindən əlavə həmin Qanunlarla qadağa edilən biznəs fəaliyyəti ilə də, məşqul olmuşdur. Onun “Akkord” Şirkətlər Qrupu adında böyük bir tikinti biznes müəssisənin təşkil etdiyi, Beynəlxalq Bankdan xüsusilə külli miqdarda kredit götürdüyü, həmin kreditin bu günədək tam qaytarmadığı və həmin şirkətdə İlqar Hacıyevlə birlikdə tikinti biznesi ilə fəaliyyət göstərdiyi də, artıq hər kəsə bəllidir. Russiya Federasiyasının KİV-dən yayılmış və Sizə məlum olan infornasiyaya görə, Azərbaycanın Baş Prokuroru Qaralova məxsus həmin Akkord Şirkətlər Qrupunun rəhbəri kimi qeydiyyata alınmış İlqar Hacıyevin, Qaralovla əlbir olması, RF-da vətəndaşların aldatması, onların xüsusilə külli miqdarda pullarının ələ keçirtməsi və Almaniya Respublikasına qaçması barədə məlumat yayılmışdır. (Bu məlumatlar barədə FB-n https://www.facebook.com/Fikret.Huseynli/videos/10207891035229572/?hc_location=ufi saytında və https://www.youtube.com/watch?v=I0AoDGzZ7As&feature=share saytında dərc edilibdir. Burada baxın).
Bundan əlavə, Qaralov Baş prokuror vəzifəsində olarkən 2009-2011-ci illərdə evsiz prokuror əməkdaşlarına dövlət tərəfindən mənzillə təmin olunması üçün dövlət proqramı qəbul edilməsinə və dövlət investisiya planına salınmasına, hətta, ev tikmək üçün Bakı şəhəri Xətai rayon ərazisində yerləşən Sadıqcan və Zülfuqarov küçələrinin kəsişdiyi yerdə torpaq sahəsi ayrılmağına baxmayaraq, onun tərəfindən həmin tikinti ilə əlaqədar prokurorluq əməkdaşlarından dələduzluq yolu ilə pul yığılması, eləcə də, işdən azad edilməkdən əvvəl, yenidən Baş Prokuror vəzifəsində qalacağını bildirib, tabeçiliyində olan prokuror əməkdaşlarından “borc” və “şirinnik” adı altında dələduzluqla pul yığılması kimi faktlar barədə, KİV-də buraxılmış məlumatlar da, olmuşdur. (https://www.youtube.com/watch?v=ThaIcCcv0Rc)və(https://www.facebook.com/watch/?v=571151460480135).
Bundan əlavə, Qaralovun rəhbərlik etdiyi Baş Prokurorluğun özündə də, ciddi qanun pozuntularına və külli miqdarda əmək haqqılarının mənimsənilməsi kimi, ağır çinayət hadisələrinin də, törədilməsinə yol vermişdir:
Qaralov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanunun 12-ci maddəsinin tələblərinə zidd olaraq, yüzlərlə prokurorluq əməkdaşlarını 3 aydan artıq müddətdə (uzun müddət, hətta bəzi hallarda 1 ildən artıq müddətdə) bilərəkdən sərancamda saxlamışdır. Eləcə də, həmin Qanunun 21.5-ci maddəsinin tələblərini ciddi pozaraq, onların sərancamda olduqları müddətdə üzrə əmək haqqılarını verməmiş, həmin müvanətlər mənimsənilmişdir. Şəxsən məni də, Qaralov əsassız olaraq 8 ay müddətində sərancamda saxlamış və təxminən 16.800 manat məbləğində (hər ay 2100 manat əmək haqqı olmaqla) əmək haqqımı ödəməmişdir. Məlumdur ki, yüzlərlə əməkdaşların yüksək məbləğdə əmək haqqılarının həcmi, xüsusilə külli miqdar məbləğində vəsait təşkil edir.
Bu faktı təsdiq edən rəsmi və mötəbər sübutlarla, tərəfimdən Prezident Administrasiyasına “Açıq Müraciət”lər göndərilsə də, bu mürəciətlərə baxılmamış, orada ört-basdır edilmişdir.
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası qanunun 7.13-cü maddəsinin tələblərinə zidd olaraq, həmin müraciətlər əməlindən şikayət etdiyim Qaralovun özünə göndərilmişdir.
Beləliklə, 20 ildir ki, Prezident Administrasiyasında Qaralovun törətdiyi bu qanunsuzluqları və cinayətləri ört-basdır edilmişdir.
Qeyd etdiyim bu faktlarlarla Qaralovun əməlləri sona çatmamışdır. Onun Baş Prokuror vəzifəsindən azad edildiyindən sonra, məlum olmuşdur ki, Qaralov “Prokurorluqda islahatların” aparılması adı altinda, professional və hüquqi cəhətdən hazırlıqlı və savadlı əməkdaşları prokurorluqdan uzaqlaşdırmış və onların yerinə dövlətdə yüksək təbəqəli şəxslərin və iribuynuzlu oliqarxların savadsız övladlarını və qohumlarını işə götürmüşdür. Bu fakt RİH- Başcılarının həbsləri ilə öz təsdiqini tapmışdır.
Onların əsassız işə götürmələri onunla təsdiq edilmişdir ki, yeni təyin olunmuş Baş Prokuror Kamran Əliyev haqlı olaraq, Qaralovun yüksək vəzifəyə təyin etdiyi həmin şəxsləri vəzifələrindən uzaqlaşdırmışdır.
Göründüyü kimi, ciddi qanun pozuntularına və cinayət əməllərinə yol vermiş Qaralovun barəsində cinayət işi başlanması və təxirəsalınmaz istintaq hərəkətlərinin aparılmasından ötrü kifayət qədər əsaslar vardır. Bu əsaslar da, rəsmi sübut və dəlilərlə təsdiq edilər (onların barədə FB-da göstərdiyim səhifələrdə baxın).
Bu Qaralovun özü boğazınadək cinayət içində üzən halda, bizi (həmyerlərini) əsassız olaraq vəzifələrimizdən azad etmiş və faktiki olaraq bütün həyatımızı və gələcəyimizi məhv etmişdir.
Atalar demişkən “Öz gözündə karanı görməyən, başqasında tük axtarır”
Budur həqiqət!!!.
Əziz həmyerlilərim! Bu statusu yazmaqda, məqsədim Qaralovun əslində kim olduğunu Sizə bildirmək və onun törətdiyi cinayətləri və xüsusən də, Gürcüstanlılara qarşı hansı ədalətsizliklərin törətdilməsinə dair həqiqətləri Sizin diqqətinizə çatdırmaqdır.
Bu barədə hər kəs öz obyektiv fikrini bildirmək hüququna malikdir.
Son söz Sizindir!
Hörmətlə, Borçalılı
Sizin Tofiq Ağacanov
Gununsesi.org