Zakir Həsənov Çinə səfər edəcək

  • By admin
  • 17 Oktyabr 2019 21:29

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekin şəhərinə gedəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İşgüzar səfər çərçivəsində Müdafiə nazirinin ÇXR-nın hərbi-siyasi rəhbərliyinin rəsmiləri ilə görüşləri planlaşdırılır.

 

Gununsesi.org