Zahid Oruc şikayətləri dinlədi, sakinlərə söz verdi – Foto

  • By admin
  • 23 Yanvar 2020 19:03

94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizəd Zahid Oruc bu gün 100-ə yaxın sakinlə görüşüb.

Gununsesi.org xəbər verir ki, Mollalı, Yerliağalı və Məşədiibişli kəndlərindən gələn seçicilər namizədə ötən beş ildəki fəaliyyətinə görə təşəkkürlərini çatdırıb.

Cari istəkləri, problemləri, qayğıları müzakirə edilib.

Su kanallarının təmizlənməsi, məktəb təmiri, artezian qazıntısı, həkim çatışmazlığı, Məşədiibişlidə yol təmiri və elektrik xətlərinin yenilənməsinə ehtiyac olduğu dilə gətirilib.

Z.Oruc bu məsələlərin həlli ilə bağlı dövlət proqramları kontekstində müvafiq işlərin görülə biləcəyini və bunun üçün vacib addımlar atacağını bildirib.

Gununsesi.org