Zahid Oruc bəzi məmurları “zəli” adlandırdı: Daha ciddi addımlar atılmalıdır

  • By admin
  • 13 Noyabr 2019 13:52

“Hökumət keçmiş Nazirlər Kabinetinin kölgəsindən çıxmağı bacarmaldıır. Prezident yeni elitanı formalaşdırır.  Vətəndaşlar bu kursu artıq daha aktiv müdafiə edirlər”.

Gununsesi.org xəbər verir ki, bunu millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc parlamentdə büdcə müzakirələrində çıxışı zamanı deyib:

“Prezident istəyir ki, korrupsiya aradan qaldırılsın. Amma məmurlar bir sıra hallarda sahibkarların biznesinə çökürlər, onları ələ keçirirlər. Prezident belələrini  zəlilər adlandırdı. Biz də bu zəliləri bir sıra hallarda görürük. Ona görə bu məsələlərə qarşı daha ciddi addımlar atılmalıdır. Məmur biznesi özünü doğrultmadı. Bu baxımdan, əsl biznes mühiti yaradılmalı, orta və kiçik biznesinin iqtisadiyyatda çəkisi artırılmalıdır”. / Etikxeber.az 

Gununsesi.org