Zahid Oruc Bərdədə onlayn sorğunun qalibi oldu - FOTO

  • By admin
  • 25 Yanvar 2020 23:17

9 fevral tarixində baş tutacaq növbədənkənar parlament seçkilərində böyük iştirakçılıq müşahidə edilir.

Gununsesi.org xəbər verir ki, sosial media resurslarında namizədlərin sorğuları keçirilir.

İlkin nəticələr qalib gələn namizədlərə əlavə stimul verir.

Belə sorğulardan biri “Real” siyasi təşkilatına aid “Bərdə Xəbər” Feysbuk səhifəsində keçirilib.

Zahid Oruc rəqibinə mühüm fərqlə qalib gəlib.

Zahid Oruc rəqibini 52 % nisbəti ilə udub.

Qeyd edək ki, bir həftəlik sorğu müddətində 2017 nəfər seçim edib.

 

 

Gununsesi.org