Yüz illik ağacı kəsdi, 300 min funt-sterlinq cərimə olundu

  • By admin
  • 17 Oktyabr 2019 19:30
İngiltərədə bir tikinti şirkətinin sahibi aralarında ölkənin ən yaşlı ağaclarından birinin olduğu 70 ağacı kəsdirdiyi üçün cərimə olunub.
 
Gununsesi.org xəbər verir ki, Britaniyanın cənubi Uels bölgəsində baş tutan məhkəmə prosesində tikinti şirkətinin sahibi Fiorenzo Sauro 176 illik bir qızıl sərv ağacını kəsdirdiyi üçün 300 min funt-sterlinq cərimə ödəməyə mahkum edilib.
Bundan başqa məhkəmə ağacı kəsən şirkətin də 120 min funt-sterlinq cərimə ödəməsinə qərar çıxarıb.
Gununsesi.org