Yuxu rejiminin pozulması və düzgün qidalanmama boyun qısalmasına səbəb olur - Həkimlərdən sensasion açıqlama

  • By admin
  • 15 Avqust 2016 10:52
boy
Yuxu rejiminin pozulması və düzgün qidalanmama boyun qısalmasına səbəb olur. Məhz bunun nəticəsində son 10 ildə Azərbaycanda əhalinin boyu 5 sm qısalıb.
Gununsesi.info xəbər verir ki,  Dünyanın digər ölkələrində olduğu kimi son illərdə Azərbaycanda da insanların boyunda qısalma müşahidə olunur.
Son 10 ildə ölkəmizdə əhalinin boyu 5 sm qısalıb. Belə ki, 10 il bundan əvvəl Azərbaycanda orta boy 167 santimetr idisə, indi bu göstərici 5 sm azalaraq 162 sm -ə düşüb.
Boyun qısalmasına səbəb isə düzgün yuxu rejiminin pozulması və qidalanma ilə bağlıdır.
Terapevt Şəmsiyyə Namazlı bununla bağlı “Xəzərxəbər”-ə açıqlamasında deyib ki, inkişaf üçün düzgün yuxu rejimi və qidalanma çox vacibdir. “Uşaqların inkişafı üçün vitaminli qidalar, bol kalsiumlu süd məhsulları qida rasionunda mütləq olmalıdr. Yemek saatında uşaqlara verilən şirniyyat şəkərin miqdarını artırır və bu da boy hormunu ifrazının qarşısını alır”- deyə, o, qeyd edib.
Bununla belə terapevt əlavə edib ki, boy qısalmasının birdəfəlik qarşısını almaq isə demək olar ki, mümkün deyil. Ancaq gen faktoru xaricində düzgün həyat tərzi ilə bu prosesdən müəyyən qədər qaçmaq olar.
Mürtəza 
Gununsesi.info