Yük maşını piyadanın üstündən keçdi - UCARDA DƏHŞƏTLİ QƏZA

  • By admin
  • 17 İyun 2020 16:53

Ucarda yük maşını piyadanı vurub.

Gununsesi.org-un APA-ya istinadla xəbərinə görə, hadisə bu gün Ucar-Zərdab yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1962-ci il təvəllüdlü Rəhman Bəkir oğlu Abdurrəhmanov idarə etdiyi “Hova” markalı yük maşını ilə piyada, Cəlilabad rayon sakini Əfqan Quliyevi vurub. Yük maşını daha sonra piyadanın üstündən keçib. 

Ə. Quliyev hadisə yerində ölüb.  

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org