Yerevanda etiraz aksiyası: “Baş nazir xalqa qarşıdır”

  • By admin
  • 09 İyul 2020 19:11

Yerevanda ictimai-iaşə sahəsində işləyən bir qrup insan hökumət binasının qarşısında etiraz aksiyası keçirib.

Gununsesi.org xəbər verir ki, məlumatı “Aysor” yayıb.

“Məni bu dövlətdən heç nə gözləmirəm. Baş nazir kreslosunda oturan adam xalqa qarşı diversiya ilə məşğuldur. Bu, adi etiraz aksiyasıdır. Ancaq onlar bizi tuturlar. Qoy tutusunlar, sonra nə olacaq? Axı xalq nə vaxtsa yenə ayağa qalxacaq”, – aksiya iştirakçısı Anait Simonyan bildirib.

O, fəaliyyətləri zamanı karantin şərtlərinə əməl edəcəklərindən danışaraq deyib: “Biz yaşamaq istəyirik. Məgər bizim uşaqlarımız onun Arpi və Şuşanından pisdir?”

Qeyd edək ki, Nikol Paşinyanın Aşot adlı bir oğlu, Mariam, Arpi və Şuşan adlı 3 qızı var.

 

 

Gununsesi.org