Yeni transferi “Səbail”ə Antalyada qələbə qazandırıb

  • By admin
  • 25 Yanvar 2020 20:12

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” futbol komandası son yoxlama oyununu keçirib.

Gununsesi.org-un məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Polşa “Korona”sı ilə üz-üzə gəlib.

“Miracle” otelinin meydanında təşkil olunmuş matçda Azərbaycan təmsilçisi qalib gəlib – 1:0. Yeganə qolu 89-cu dəqiqədə yeni transfer Hendrik Ekşteyn vurub.

Bununla da Antalya toplanışında ilk qələbə əldə olunub. Əvvəlki görüşlərində Qazaxıstanın “Jetisu” klubuna 0:1, Ukraynanın “Olimpik” (Donetsk) komandasına 1:3 hesabı ilə məğlub olan “Səbail” Rumıniya “Voluntari”si ilə heç-heçə edib – 2:2.

 

Gununsesi.org