Yeni parlamentin ilk iclasına o sədrlik edəcək

  • By admin
  • 25 Fevral 2020 17:43

Milli Məclisə keçirilən növbədənkənar seçkilərin nəticələrinin MSK-da təsdiqlənib Konstitusiya Məhkəməsinə göndərilməsinə sayılı günlər qalıb.

Konstitusiya Məhkəməsinin seçkilərin nəticəsini elan etməsindən sonra Milli Məclisin ilk iclası keçiriləcək.

Qaydaya əsasən iclasa sədrliyi yaşca böyük olan millət vəkili etməlidir. Parlamentin ən qocaman deputatı isə Fəttah Heydərov sayılır. Onun hazırda 82 yaşı var.

 

 

Gununsesi.org