Yeni Milli Məclis Amnistiya Aktı qəbul edəcək - 10 MİN MƏHKMUMU ƏHATƏ EDƏCƏK (ÖZƏL)

  • By admin
  • 13 Fevral 2020 11:19

 

Növbədənkənar seçkilər nəticəsində formalaşan yeni Milli Məclisdən sürpriz qərarlar olacaq.

Gununsesi.org-un hökumətdəki mənbələrə istinadən verdiyi xəbərə görə, Milli Məclisin yeni tərkibi Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Amnistiya Aktının qəbulu nəzərdə tutulur.

Məlumata görə, mart ayında qəbulu nəzərdə tutulan Amnistiya Aktı təxminən 10 min nəfər yaxın məhkumu əhatə edəcək.

Gununsesi.org