Yeni məşğulluq strategiyası yaradılacaq - YENİLƏNİB +NAZİR MÜAVİNİ

  • By admin
  • 30 Noyabr 2016 12:56

masqulluq

Azərbaycanda yeni məşğulluq strategiyası yaradılacaq.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.Onun sözlərinə görə, gələn il aktiv əmək proqramlarının genişləndirilməsi, məşğulluğun artırılması  nəzərdə tutulur. S. Həsənova qeyd edib ki, bu il olduğu kimi gələn il də sosial siyasət əsas prioritetlərdən ibarət olacaq.

O, həmçinin deyib ki, 2017-ci ildə Azərbaycanda ÜDM 1%, növbəti illərdə isə orta hesabla 2%-dən çox artacaq.

“Beynəlxalq Valyuta Fondunun hazırladığı proqnozlara görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4% artacaq. Bu, bizim proqnozdan yüksəkdir. Gələn il hasilatın aşağı salınması nəticəsində neft sektorunun 2,1% azalacağı nəzərdə tutulur. Ölkə iqtisadiyyatının prioritet istiqaməti olan qeyri-neft sektorunun artımı 2,5%, növbəti illərdə isə orta hesabla 2%-dən yuxarı proqnozlaşdırılıb”- deyə, nazir müavini sonra vurğulayıb.

***

Həmçinin, gələn il üçün Azərbaycan iqtisadiyyatı qarşısında duran risklər açıqlanıb.

S. Həsənova deyib ki, xarici konyukturdakı qeyri-müəyyənliklər, əsas ticarət tərəfdaşlarının iqtisadiyyatlarının hələ də zəif bərpa templəri və bu fonda Mərkəzi Bank tərəfindən sərt monetar siyasətinin həyata keçirilməsi, fiskal konsolidasiya, bank sektorunda sağlamlaşdırma tədbirlərinin hələ də davam etməsi növbəti ildə iqtisadi inkişaf qarşısında duran əsas risklərdir. “Koordinasiyalı və sistemli islahatlar, bank sisteminin sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası əsas amillərdəndir” – deyə, nazir müavini vurğulayıb.

M. Bünyadlı

Gununsesi.info