Yeni iPhoneların satış qiymətləri açıqlandı

  • By admin
  • 25 May 2020 15:40

“Apple” şirkətinin yeni iPhonelarının qiymətləri açıqlandı.

Gununsesi.org “Tom’s Guide”a istinadən xəbər verir ki, bunlardan 5,4 düyüm diaqonal ekranlı “iPhone 12” 649-749 ABŞ dollarından, 6,1 diaqonallı “iPhone 12 Max” 749-849, 6,7 diaqonallı “iPhone 12 Pro Max” 1 400 ABŞ dolları qiymətinə satışa çıxarılacaq.

Koronavirus üzündən təqdimat tarixləri dəqiq məlum olmayan adıçəkilən cihazlar OLED displeylə təchiz olunacaq və 5G texnologiyasını dəstəkləyəcək.

 

 

Gununsesi.org