“Yaxşı pul versə, səsi olmayala da duet oxuyaram” - NADİR QAFARZADƏ

  • By admin
  • 29 Oktyabr 2019 12:50

ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı ifaçı Nadir Qafarzadə olub.

Gununsesi.org xəbər verir ki, müğənni “kimlərlə duet oxumazsız” sualına maraqlı cavab verib:

“Səsi olmayanla duet oxumaram, amma, etiraf edirəm ki, yaxşı pul versə oxuyaram. Həm özüm oxuyaram, həm o adamı yaxşı oxutduraram. Çoxu deyir ki, mən bəzi şeyləri pula satmaram. Amma elə deyil. Pul elə bir şeydir ki, ondan imtina etmək olmur”.

 

 

Gununsesi.org