Yaşlı qadın zəlzələ dağıntılarının altından 19 saat sonra sağ çıxarılıb – TÜRKİYƏDƏ

  • By admin
  • 25 Yanvar 2020 18:36

Türkiyədə baş verən zəlzələdən sonra dağıntılar altında qalan yaşlı qadın 19 saat sonra xilas edilib.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, Elazığın Mustafa Paşa məhəlləsində 65 yaşlı Ayşə Yıldız zəlzələdən sonra çökən binanın dağıntıları altından sağ çıxarılıb.

Qeyd edək ki, ötən gecə Türkiyənin Elazığ və Malatya şəhərlərində 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 22 nəfər ölüb, 1031 nəfər yaralanıb.

Şəhərdə axtarış-xilasetmə işləri davam etdirilir.

Gununsesi.org