Yasamalda vətəndaşa “dovşan” deyən polis orqandan xaric edildi - VİDEO

  • By admin
  • 12 İyun 2020 15:20

Bakının Yasamal rayonunda vətəndaşı təhqir edən polis orqandan xaric edilib.

Gununsesi.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA -ya açıqlamasında bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib: “Qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib”.

Qeyd edək ki, iyunun 7-də Yasamal rayonu Dadaş bünyadzadə küçəsindəki binanın sakinləri xidmət aparan polis əməkdaşlarının üzrəinə zibil atıb. İyunun 8-də isə həmin binada keçirilən əməliyyat zamanı həmin 11 nəfər saxlanılıb. Əməliyyat zamanı polisin qadına “ərin də, sən də dovşansınız” deməsi isə sosial şəbəkə istifadəçiləri arasında sərt reaksiyasına səbəb olmuşdu.

Gununsesi.org