Yaponların cavanqalma sirləri

  • By admin
  • 29 Oktyabr 2016 14:07

yapon

Gündoğan ölkə kimi tanınan Yaponiyada insanların orta ömür həddi 84,5 ildir.Yaponlardaköklükproblemiyoxdur, yaşındanasılı olmayaraqhamı arıqvə sağlamdır.  

Gununsesi.info rus mətbuatına əsasən, onların buna necə nail olmasının sirlərini təqdim edir. Yaponiyaya sağlam həyat sürmək üçün 4 vacib qayda mövcuddur.
Qayda 1.

Yaponlar hesab edirlər ki, əgər sumo güləşçisi kimi məşq edirsənsə, onda sumo güləşçisi kimi görünəcəksən. Odur ki, məşğul olacağı idmanın növünü müəyyənləşdirəcəksən. Bu zaman ağı məşqlərdən çəkinməli, həmçinin məşqdən sonra qida qəbulunu yalnız 2 saat sonra  başlayacaqsan. Ağır məşqlər və dadlı yeməkdən sonra isə dərhal yatmaq istəyi yaranır deyə, sadəcə əzələlərdə yığılmış piy qatını güclənir. Daha bir mənfi cəhət isə gərginliyin yaratdığı mənfi təsirlərdir. Sakit nəfəs orqanizmə siqnal göndərir ki, hər şey yaxşıdır və bədən yağ hüceyrələrində toplanmış enerjini sərf etməyklə məşğul olur. Amma bədən stress vəziyyətinə daxil olan kimi tənəffüs sürətlənir, beyin daha çox enerji miqdarı lazım olduğu barədə siqnal ötürür və dərhal şirniyyat tələb edir. Məşqdən sonra sizdə də belə məqamlar olursa, dur deməyin vaxtıdır.

Qayda 2.

Qida energetikası qərb pəhrizinin əsas populyar istiqamətlərindən biridir. Hansı ki, o şərq prinsipinə əsaslanır. Qida bizim yaşamaq üçün yediyimiz enerjidir. Yayda  istehsal olunan məhsullar orqanizmə istiyə uyğunlaşmağa kömək etməyə yönəlib, onlar bir növ sərinləşdirici içki funksiyasını yerinə yetirir. Qış meyvə və tərəvəzləri isə daha çox kaloridir. Onların tərkibindəki maddələr ilin soyuq dövründə bədəni isti saxlayaraq soyuğa dözməyə kömək edir. Bir çox dietoloqlar çiy tərəvəz, meyvə və mümkün qədər çox göyərti yeməyi məsləhət görürlər.  Bu, şübhəsiz ki, faydalıdır, amma böyük həcmdə çiy məhsul yemək orqanizmi soyudur və o, yenidən yemək tələb edir. Yəni, siz daha çox yemək istəyirsiniz. Tərəvəz olar və lazımdır. Amma unutmayın ki, onları ya yağda bişirib, ya da qaynadıb yemək olar. Bu zaman onların vitamini azalacaq, amma əvəzində sizə daha isti olacaq. Bu da o deməkdir ki, sizin bədəninizdə kifayət qədər enerji və istilik olacaq. Etiraf etməliyik ki, yaponlar sağlam olmaq üçün böyük fədakarlıq göstərmir. Onlar sadəcə,  həyat tərzlərinə uyğun yaşayır. Yaponiyanın mətbəxi bu ölkənin insanlarının ən böyük şansıdır. Çünki onların mətbəxi sağlam qidalarla zəngindir. Bizim sadəcə, pəhriz zamanı yediyimiz qidalar onların gündəlik qida menyusuna daxil olur. Balıq, soya, düyü, meyvələr, dəniz yosunları, tərəvəzlər və yaşıl çay bu ölkənin mətbəxində çox önəmli yer tutur. Onlar unlu qidalardan, yağ, qırmızı ət və şirniyyatdan demək olar ki, istifadə etmir. Dünyada ən çox balıq yeyən xalq yaponlardır.
Onlar yeməyi çox çeynəyir və yavaş-yavaş yeyir. Yeməklərinin çoxu buxarda bişirilir. Demək olar ki, şirniyyat yemirlər. Mətbəxlərində bir neçə şirniyyat növü var. Bunları da kiçik porsiyalarla təqdim edirlər.

Qayda 3.

Yaponiyada yemək vaxt heç vaxt maye içmirlər. Birincisi, ona görə ki, o, bədəni soyudur, ikincisi isə həzm prosesinə pis təsir edir. Alimlər bunu belə izah edir: Su mədənin həzm üçün ayırdığı turşusunu neytrallaşdırır, nəticədə orqanizm bir neçə dəfə çox enerji xərcləyir və bu prosesdən sonra siz yenə yemək istəyirsiniz. Orqanizmi qida vasitəsi ilə də doyuzdurmaq olar. Məsələn, yaponlar isti şorbaları çox sevirlər.

Qayda 4. 

İsti vanna ömrü uzadır.  İsti vannadan sonra bədənin inanılmaz dərəcədə rahatladığını və dincəldiyini hiss etmisiniz?  Bu zaman əzələləri zəifləyir, qan sürətlənməyə başlayır. Ayda 2 dəfə isti vanna qəbul etmək dərini təmizləməyə kömək edəcək, həm də həzmi yaxşılaşdıracaq. Yaponlar vanna qəbul edən zaman su səviyyəsinin ürəyə qədər olmasına ciddi fikir verir. Əgər su çox olarsa, onda təzyiq qalxacaq, bu isə artıq faydalı deyil. Suyun temperaturu da vacibdir: 38-40 ° C qan dövranının yaxşılaşdırılması üçün idealdır. Biz arıqlamaq üçün adətən kalorilərlə mübarizə aparmağa öyrəşmişik, ona görə də bu qaydalar çoxlarına qəribə görünə bilər. Amma yaponların uzunömürlü olmasının və cavan qalmasının əsas sirri elə budur.  Hər halda harmoniyada yaşayan bilən yapon xalqından öyrənməli çox məqam var. Gördüyünüz kimi, uzun və sağlam ömür sürmək hər kəsin öz əlindədir. Siz də sağlam həyat tərzini seçərək uzun illər sağlamlığınızı qoruya bilərsiniz.

Gülnaz Qənbərli

Gununsesi.info