Yaponiyanın iki şəhərində fövqəladə vəziyyət elan ediləcək

  • By admin
  • 06 Aprel 2020 10:06

Yaponiyada bir neçə şəhərdə koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyət elan oluna bilər.

Gununsesi.org bildirir ki, bu barədə “Kyodo” nəşri yazıb.

Yaponiyanın Baş naziri Şinzo Abe son günlərdə koronavirusa yoluxma hallarında kəskin artım hiss olunan Tokio və Osaka şəhərlərində fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Sözügedən qərarın tezliklə açıqlanacağı gözlənilir.

Gununsesi.org