Yaponiyanın baş naziri Tokio-2020-nin tarixinin dəyişməyəcəyini açıqlayıb

  • By admin
  • 15 Mart 2020 14:11

Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilmə vaxtında heç bir dəyişiklik edilməyəcək.

Gununsesiaz.info-nun məlumatına görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe deyib.

O bildirib ki, koronavirus epidemiyasının dünyanın bir çox ölkəsində yayılmasına baxmayaraq, Olimpiada planlaşdırıldığı tarixdə keçiriləcək: “İnfeksiyanın yayılmasının qarşısını alacağıq və planlaşdırıldığı kimi, heç bir problem olmadan Oyunları qəbul edəcəyik”.

Qeyd edək ki, son məlumata əsasən, Yaponiyada 1423 nəfər koronavirus xəstəliyinə tutulub, onlardan 28-i ölüb. Tokio-2020 isə 24 iyul – 9 avqust tarixlərində keçirilməlidir.

 

 

Gununsesiaz.info