Yaponiyada son sutkada rekord sayda yoluxma qeydə alınıb

  • By admin
  • 08 Aprel 2020 22:36

Yaponiyada son sutka ərzində 455 nəfər koronavirusa yoluxub.

Gununsesi.org xəbər verir ki, məlumatı Yaponiyanın NHK telekanalı yayıb.

Bildirilib ki, bu rəqəm rekord sayılır. Çünki pandemya başlayandan ilk dəfədir yoluxanların sayı 400-ü keçir.

Yaponiyanın paytaxtı Tokioda son sutkada 144 nəfər virusa yoluxub.

Məlumata görə, “Diamond Princess” səyahət gəmisindəki sərnişinlər də daxil olmaqla, Yaponiya üzrə cəmi 5 565 nəfərin koronavirus daşıyıcısı olduğu müəyyən edilib. Gəmidəki 11 nəfər də daxil olmaqla, 113 ölüm faktı qeydə alınıb.

Yaponiyanın baş naziri Sindzo Abe Tokio, Osaka və daha 5 prefekturada mayın 6-dək fövqəladə vəziyyət rejimi elan edib.

 

 

Gununsesi.org