Yaponiyada bir gündə 300-dən çox yoluxma qeydə alındı

  • By admin
  • 03 Aprel 2020 19:46

Yaponiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 325 nəfər olub.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, məlumatı Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yayıb.

Bildirilib ki, “Diamond Princess” gəmisindəkilər də daxil olmaqla, ölkə üzrə infeksiya daşıyıcılarının ümumi sayı 3 813-ə çatıb.

Məlumata görə, ilk dəfədir yoluxanların sayı 300-dən çox olub.

 

 

 

Gununsesi.org