Yaponiya höküməti işçilərə evdən işləmək əmri verdi

  • By admin
  • 25 Fevral 2020 18:18

Yaponiya hökuməti bütün nazirliklərə və dövlət müəssisələrinə işçilərinin evdən işləmələrinə izn verməsi üçün tapşırıq verib.

Gununsesi.org axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa deyib. Onun sözlərinə görə, hakimiyyət bununla koronavirusa yeni yoluxma hallarından qaçmağı planlaşdırır:

“Biz maksimal sayda dövlət işçisini belə iş rejiminə keçiririk ki, metro və qatarlarda insan sayı azalsın”.

Gununsesi.org