YAP seçkilərlə bağlı MSK-ya müraciət etdi

  • By admin
  • 24 Oktyabr 2019 19:36

Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Gununsesi.org xəbər verir ki, bu barədə YAP-ın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, partiyanın İdarə Heyəti Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. Qərarda göstərilib ki, Yeni Azərbaycan Partiyası dekabrın 23-də Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində ölkəni əhatə edən bütün bələdiyyələr üzrə seçkilərdə iştirak etsin.

 

Gununsesi.org