“Yalan, xəyanət, əzab gördüm” - Vüsalə Əlizadə

  • By admin
  • 12 İyul 2016 12:27

VUSALA

 

Bu gün aparıcı Vüsalə Əlizadənin ad gündür.

Gununsesi.info-nun məlumatına görə, aparıcı təəssüratlarını sosial şəbəkədəki izləyiciləri ilə bölüşüb:

“Arxaya baxmadan, ildırım sürətiylə uçub gedən daha bir il. Dünyaya gəlişin mübarək olsun “qara qız”. Hər insanın içində bir də özü var. Bu “qara qız” deyə, müraciət etdiyim də mənim ikinci parçam, danışdığım, bölüşdüyüm, yeri gələndə danladığım, hərdən də əziyyətli, çətin həyatına baxıb ağladığım, “necə bacaracaqsan?” dediyim və hər dəfə də məni təəccübləndirən ikinci məndir. Allahım məni çox sınaqlara çəkdi. Amma şükürlər olsun ki, özümdən başqa da kimsəyə möhtac etmədi. Bu həyatda ən böyük uğurumdur.

Qadına layiq bütün statusları keçmişəm. Dünyaya gəldiyim yerdə deyiləm, öz gücümlə cırmaq-cırmaq durmadan bu pilləyə qalxmışam. Bu, bəni adəmə xas olan bir yüksəliş deyil. Səfsiz, xətasız qul olmaz. Dünyaya gəldiyim toxunulmazlıqda da deyiləm. Yalan, ağrı-acı, xəyanət, əzab gördüm. Bəzən qəddarlaşdım, bəzən nifrət etdim, bəzən sevdim və bağışladım, fikirlərimi dəyişdim. Bircə dəyişməyən şey qalıb, dünyaya gəldiyim insanlıqdayam.

Ailəmin ərköyün, şıltaq, hərdən körpə uşaq kimi həssas, tez küsüb, tez barışan, hərdən də ağbirçək kimi məsləhət verib, ailəmin hər yükünün altına çiynimi verib, duran sütunuyam.

Gücümü tanrım verdi, demək ki, o belə məsləhət gördü. O məni seçilmişlərdən etdi. Şükürlər olsun bu günümə, sizə “qara qızı” ayaqda saxlayan gücün sirrini açdım. Heç kimə deməyin, öz aramızda qalsdın”.

Gununsesi.info