Yəməndə bazarın bombalanması nəticəsində 22 nəfər ölüb

  • By admin
  • 12 Mart 2017 18:45

2c3ad256-2d83-45f0-b2bd-67adeb743720_292

 

Cümə günü Yəməndə ərəb koalisiyası tərəfindən bazara endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, onlarla insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli məmura istinadən “Reuters” məlumat yayıb.

Bundan əvvəl 16 nəfərin öldüyü, daha 10 nəfərin yaralandığı bildirilirdi.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilərin nəzarəti altında olan Hodeyda şəhərinin bazarına havadan zərbə endirib. Nəticədə yanğın baş verib. Ölənlərin hamısı dinc sakinlər olub, onların heç birində silah olmayıb.

 

 

Gununsesi.info