Xudatda iki avtomobil toqquşub, bir sürücü yaralanıb, digəri hadisə yerindən qaçıb

  • By admin
  • 22 Noyabr 2016 19:27

7fddc71f-fa21-480b-997c-3f7fa670daeb_292

 

Xaçmaz rayonunda yol qəzası baş verib.

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə Xudat şəhərində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2121” markalı minik avtomobilləri toqquşub. Nəticədə “VAZ-2106″nın sürücüsü, 1987-ci il təvəllüdlü Albert Həmid oğlu Ağamov xəsarət alıb. Yaralı Xudat Şəhər Mərkəzi Xəstəxanasına aparılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buaxılıb.

“VAZ-2121” sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info