Xokkey üzrə dünya çempionatı ləğv olundu

  • By admin
  • 21 Mart 2020 20:33
Mayın 8-də İsveçrədə start götürməli olan xokkey üzrə dünya çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub. 
Gununsesiaz.info-nun məlumatına görə, bununla əlaqədar Beynəlxalq Xokkey Federasiyası qərar qəbul edib. Səbəb kimi təşkilatçı ölkədə xəstəliyə yoluxanların sayının sürətlə artması göstərilib. Mundial mayın 24-dək davam etməli idi.
Hazırda dünyada xokkey turnirlərinin çoxu dayandırılıb.
COVID-19 2019-cu ilin sonlarında Çinin Uрan şəhərində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyi pandemiya elan edib. Son məlumatlara əsasən, koronavirusla əlaqədar 10 mindən çox insan dünyasını dəyişib.
Gununsesiaz.info