Xavi: “Barselona”ya rəhbərlik etməyə hazırlaşıram”

  • By admin
  • 29 İyun 2020 10:16

Qətərin “Əl-Sadd” klubunun baş məşqçisi Xavi Ernandez İspaniyanın “Barselona” klubunun baş məşqçisi olmaq istəyir.

Gununsesi.org bildirir ki, Sport.es saytına müsahibə verən X.Ernandez Kataloniya klubuna rəhbərlik etməyin ən böyük arzusu olduğunu bildirib:

“Doğma klubuma qayıdıb, uğurlarımı davam etdirmək istəyirəm. Mən və rəhbəri olduğum məşqçilər heyəti buna hazırlaşırıq”.

Sabiq yarımmüdafiəçi əlavə edib ki, “Barselona”ya prezident seçkilərindən sonra qayıtmaq daha ideal variant olardı:

“Yanvar ayında rəhbərlik mənə müraciət etdi, amma nə vəziyyət, nə də vaxt uyğun gəldi. Ümid edirəm ki, “Barselona”dan yenə zəng edəcəklər”.

Gununsesi.org