Xanımı Sərdar Ortaçı yamsıladı - VİDEO

  • By admin
  • 11 Aprel 2017 00:09

karisi-serdar-ortac-in-konusmasini-taklit-etti

Müğənni Sərdar Ortaçın xanımı Xloe Lougnan ərinin sürətli danışmasını yamsılayıb.

Gununsesi.info-nun haberler.com-a istinadən verdiyi məlumata görə, Sərdar Ortaç özünü yamsılayan həyat yoldaşının görüntülərini videoya çəkib və İnstaqram səhifəsində paylaşıb.

Videodan da göründüyü kimi, Xloe ərini ikinci dəfə təqlid edərkən Sərdar ona “Niyə belə danışıram?” deyə soruşduqda, xanımı “Bilmirəm. Sanki biri öləcək kimi!” cavabını verib.

Məşhur müğənni paylaşıma “Xanımım çox sürətli və çaxnaşma çıxışımı təqlid edir” qeydini əlavə edib.

Gununsesi.info