Xalq artisti Röyanın yarıçılpaq etno tərzi – VİDEO

  • By admin
  • 16 İyun 2020 16:30

Xalq artisti Röya Ayxan yeni paylaşımı ilə gündəmə səs salıb.

Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, kiçik buruqlu saç düzümü ilə etno tərzli alt geyimdə kamera önünə keçən sənətçi cəngəllik fonunda cazibədar pozlar verib.

Videoformatda lentə alınan fotosunu R.Ayxan 2,1 milyonluq sosial media hesabında izləyiciləri ilə bölüşüb.

R.Ayxanın rəngarəng və qeyri-adi geyimi, makiyajı, eləcə də, açıq-saçıq tərzi üzərində peşəkar stilist və vizajistlər Ruxa və Zahid Baydarov çalışıblar.

Fit bədən quruluşunu nümayiş etdirən pop ulduz seksual görünüşü ilə göz oxşayıb.

Gununsesi.org