Xalq artisti Röya: “Bir kişi ilə yaşaya bilmərəm” – VİDEO

  • By admin
  • 10 Fevral 2020 14:21

“Soruşdular ki, yenidən ərə gedərsən? Cavab verdim ki, getmərəm: “Mən bir kişi ilə yaşaya bilmərəm”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “ATV Maqazin 10larla” proqramında deyib.

Sənətçi şəxsi həyatı ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.

“Oğlum Hüseynin 10 yaşı var. Bundan sonra bir kişi ilə evdə oturub , o desin, mən edim və ya əksinə, mən deyim, o etsin… Bu kimi şeylər ola bilməz. Oğlum məni evdə yastıqla gözləyir. Kişi evdə maykada gəzmir. Bu nədir? Artıq belə olmasını istəmirəm” – deyə, R.Ayxan bildirib.

Röya şəxsi həyatında heç kimin olmadığını diqqətə çatdırsa da, ara-sıra başı sevgi flörtlərinə qarışdığını da etiraf edib:

“Zaman-zaman flört edirəm. 20 il öncə bu sualı o biri Röyaya versəydilər, tamam başqa cür cavab alardılar. İndiki kişilərə baxıb deyirəm ki, onlardan daha çox bilirəm və daha güclüyəm”.

 

Gununsesi.org