Xalq artisti: Gün ərzində 10 profili blok edirəm

  • By admin
  • 13 Noyabr 2019 14:00

Demək olar ki, gün ərzində 10 nəfərin profilini blok edirəm.

Gununsesi.org xəbər verir ki, bunu Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkələrdəki neqativ videolar haqqında danışarkən deyib.

“Bizim qınaq yerimiz müğənnilərdir. Onların geyinib-soyunması, estetik etdirməsi kimi məsələlər maraqlıdır. Məsələn, Tünzalənin dekoltesi əsas xəbər olmamalıdır. Amma təəssüflər olsun ki, bu xəbər daha çox önə çıxır. Elə bil bizim başqa dərdimiz yoxdur.

Dəhşətə gəlirəm ki, mediada niyə yaxşı xəbərlər önə çıxmır. Pis xəbərlər daha çox oxunur. Ümumiyyətlə, sosial mediamda zir-zibil və lazımsız xəbərlər görmək istəmirəm.

Neqativ, tərbiyəsiz videolar, insanları uçuruma aparan, millət olaraq milli dəyərlərə, insanların özlərinə zidd olan istənilən mövzu blok edilsin. Uşaqlarımız yazıqdır”, – deyə Xalq artisti bildirib.

Tünzalə Ağayeva hazırda sosial şəbəkələrdə blok sayının iki milyona yaxınlaşdığını, gün ərzində 10 profili blok etdiyini qeyd edib.   / Oxu.Az

Gununsesi.org