Xalq artisti Fidan Hacıyevaya yüksək vəzifə verildi – FOTO

  • By admin
  • 21 May 2020 18:56

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini – mahnı ansamblının rəisi təyin edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə Oxu.Az-a sənətçinin özü açıqlama verib.

F.Hacıyeva sənətinə verilən qiymətə görə, minnətdarlığını belə bildirib:

“Bu təyinata görə, Daxili Qoşunların rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Sənət insanlarına verilən qiymət bizim üçün olduqca önəmli və dəyərlidir”.

 

Gununsesi.org