“Şəfəq-Asiman” kontrakt sahəsinin dərin sularında xulul və kefal balıq növləri çoxluq təşkil edir.
Gununsesi.org Oxu.Az -a istinadən xəbər verir ki, bu sözləri AECOM şirkətinin məsləhətçisi Aron Şian Bakıda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, hesabat beynəlxalq standartlara uyğun tərtib edilib:
Xəzərdə və əlaqədar çay deltalarında təqribən 151 balıq növü və yarım növlərinə rast gəlinir. Onlardan 54-ü sahə üçün lokal hesab edilir.
Balıq növlərinin əksəriyyəti (rezident, köçəri, yarımköçəri) suyun dərinliyinin 500 metr və ya daha az olduğu hissələrində toplanır.
Noyabr-fevral ayları arasında xuluların və sivriburun kefal növ balıqların ayrı-ayrı fərdlər formasında dörd növü mövcud ola bilər.
Buradan da aydın olur ki, kontrakt sahəsinin yaxınlığında kommersiya məqsədilə balıq ovu keçirilmir”.
Gununsesi.org