Xəzər Universitetinin adı dünyaca məşhur ABŞ teleserialında – 8 milyon insanın izlədiyi film - VİDEO

  • By admin
  • 21 May 2020 12:14

ABŞ-ın ABC kanalının çəkdiyi məşhur “Alias” teleserialında Xəzər Universitetinin adı çəkilir.

Gununsesi.org xəbər verir ki, çəkilən səhnələrdən birində Xəzər Universitetinin “Neft və qaz geologiyası və geofizikası” ixtisasından söhbət açılır və Azərbaycana gedən qəhrəmana bu ixtisas üzrə doktorantura proqramına qəbul olunması məsləhət görülür. Hollivud filmlərində nadir hallarda universitetlərlə bağlı səhnələr olur və bu halda da, bir qayda olaraq, əsasən, ABŞ-ın və dünyanın məşhur universitetlərinin adı çəkilir. Bu baxımından, Xəzər Universitetinin adının, çoxsaylı nüfuzlu mükafatlar almış, məşhur teleserialda qeyd olunması, həm Xəzər universiteti adına, həm də Azərbaycan təhsili adına qürurverici haldır.

Xəzər Universiteti ABŞ-ın məşhur teleserialında Azərbaycanda ingilis dilində keyfiyyətli təhsil verən universitet kimi təqdim edilir. Qeyd edək ki, serialı, yayımlandığı dövrdə, yalnız ABŞ-da 8 milyona yaxın insan izləyib.

Xəzər Universiteti ilə bağlı olan səhnə 1-ci bölüm, 19-cu seriyadandır və “Qar adam” adlanır.

Serialın həmin parçasına aşağıdakı səhifədə baxmaq olar:

 

Gununsesi.org