“Xəyanət etdim, bağışla məni” – Aysunla sevgili olduğu deyilən reper həyat yoldaşına – VİDEO

  • By admin
  • 12 Noyabr 2019 10:46

Bu gün “Şou Atv” proqramında qonaq olan repçi Qurdun (Fərid Eminov) həyat yoldaşından ayrılma səbəbin açıqlayıb.

Gununsesi.org xəbər verir ki, ifaçı ayrılığa səbəb xəyənət olduğunu etiraf edib:

“Ümid edirəm nə vaxtsa bağışlayar. Mən çox arzu edərəm ki, bağışlasın. Əgər bir insan səhvini etiraf edirsə, keçmişə qayıdıb heç nəyi düzəltmək olmaz. Amma gələcəyi düzəltmək olar. Mən xəyanət üstündə yaxalanmamışam. Xəyanət etdiyimi xanımıma özüm etiraf etmişəm”.

Qeyd edək ki, “Maşın” şouda iştirak edən Aysun və Qurdun sevgili olduqları söz-söhbəti dolaşırdı, tərəflər bu məlumatı təkzib edib. Qurd (Fərid) həyat yoldaşından boşanıb, iki oğlu var. / BiG.AZ

Görüntüləri təqdim edirik:

 

Gununsesi.org