Vüqar Zeynalov iş yerlərində kompüter şüalanmasının təsirindən danışdı

  • By admin
  • 11 İyul 2019 16:34

“Risk əsaslı yanaşma önəmlidir. Fəaliyyət növündən, əmək qanunvericiliyinə düzgün əməl etməkdən asılı olaraq, sahibkarların və işəgötürənlərin risk əsaslı bölgüsünün olması çox vacibdir”.

Gununsesi.org APA -nın xəbərinə istinad edərək bildirir ki, bunu “Strateji əməletmə planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşmasıdır. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda keçirilən konfransda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.O bildirib ki, bu, işəgötürənləri layiqli iş yerləri yaratmağa və əməyin mühafizəsinə stimullaşdırar.“Rəqəmsal sənayeyə keçid, dünyada baş verən tendensiyaları nəzərə alsaq, bu gün ən vacib məsələlərdən biri elektromaqnit şüalanmasıdır. Bu gün Azərbaycanda 5 milyona yaxın kompüter, 10 milyona yaxın mobil telefon var. Bu kompüterlərin böyük əksəriyyəti iş yerlərindədir. Kompüterlərin sayı və insanların şüalanmaya məruz qalması getdikcə artacaq. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bununla bağlı yeni bir layihəyə başlamaq istəyir. Bu, çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən şüalanmanın dərəcəsi müəyyənləşdirilir. Biz də gündəlik elektromaqnit şüalanmasının toplanmasına diqqət yetirmək istəyirik”, – V. Zeynalov vurğulayıb.

Gununsesi.org