Vüqar Səfərli: İctimai Televiziyanın cavabı veriləcək – KİVDF-nin İcraçı direktorundan AÇIQLAMA – ÖZƏL

  • By admin
  • 08 Fevral 2020 21:51

İctimai Televiziyada “Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu”nun İcraçı ddirektoru Vüqar Səfərovli  ilə bağlı video materialın efirə getməsi cəmiyyətdə çoxsaylı müzakirələrə səbəb olmuşdu. Vüqar Səfərlinin fotosunun “Axtarılır” yazısı ilə divardan asılaraq yayımlanmasından sonra Gununsesi.org olaraq məsələ ilə bağlı onunla əlaqə yaratdıq. KİVDF-nin İcraçı direktoru saytımıza mövzu haqqında açıqlamasında bunları söylədi:

“Əvvəla, onlar məni cəmi 1 dəfə həmin verilişə dəvət etmişdilər. Mən də imtina etdim. Bildirdim ki, kukla ilə mənim  üz-üzə əyləşmək fikrim yoxdur. Əgər ictimai televiziyanın mənim şəklimi divara yapışdırıb axtarışda olmağımla bağlı görüntülər yayımlayıbsa, bu, tərbiyəsizlikdir. Onlaın cavabı tezliklə veriləcək”.

KİVDF rəsmisi qeyd edib ki, əgər telekanal onun müsahibə verməsində maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər.

“Əgər onlar üçün mənim müsahibə verməyim maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər və canlı yayımda mən onlarn bütün suallarına cavab verməyə hazıram. Ancaq bu kukla ilə çəkilən verilişlərdə onlara sərf edən hissələr montaj edilir. Və efirə həmin hissələr verilir. Mən onlardan tələb edirəm, buna razıdırlarsa, məmnuniyyətlə onların efirinə çıxmağa hazıram. Ancaq onların bu etdiyi nə jurnalist etikasına, nə başqa bir dəyərlərə uyğundur. Axtarış barədə qərarı hüquq-mühafizə orqanları verəcək”, – deyə Vüqar Səfərli qeyd edib.

 

Arzu

Gununsesi.org