Vladimir Putinin əlyazması hərracda satıldı

  • By admin
  • 21 Fevral 2020 13:44

Rusiyada Prezident Vladimir Putinin əlyazması hərraca çıxarılıb.

Gununsesiaz.info TASS-a istinadən xəbər verir ki, əlyazma “12-ci stul” hərrac evində satılıb.

Əlyazma ölkə başçısının siyasətçi-jurnalist Valentin Zorinin 2001-ci ilin 12 sentyabrında ona hədiyyə etdiyi “Məlum barəsində naməlum olanlar” kitabına görə yazdığı təşəkkürdən ibarət olub.

Hərracda əlyazma ilk təklif olunan 340 rubla (9 AZN) satılıb.

Gununsesiaz.info