Vilayət Eyvazovdan yeni TƏYİNAT

  • By admin
  • 12 Mart 2020 15:39

Daxili İşlər Nazirliyində növbəti təyinat olub.

Gununsesi.org-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Surxay Cəfərov DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə rəis vəzifəsinə gətirilib.

Qeyd edək ki, o, bundan əvvəl DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi vəzifəsində işləyib.

Gununsesi.org