Vilayət Eyvazovdan yeni TƏYİNAT

  • By admin
  • 24 Fevral 2020 12:07

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 

Gununsesiaz.info bildirir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli vəzifəsindən azad olunub.

O, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol İdarəsinin bölməsinə inspektor vəzifəsinə təyinat alıb.

Gununsesiaz.info