Vilayət Eyvazovdan yeni TƏYİNAT

  • By admin
  • 11 Fevral 2020 10:30

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Gununsesi.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Ramil Salayev Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin edilib.

O, bu təyinata qədər həmin şöbənin baş müstəntiqi olub.

Xəbəri Şirvan ŞPŞ-dən Unikal.org-a təsdiqləyiblər.

Gununsesi.org