Vilayət Eyvazovdan yeni TƏYİNAT

  • By admin
  • 08 Fevral 2020 10:53

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Gununsesi.org-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Vüqar Xəlilov Şəki Şəhər-Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

V.Xəlilov daha əvvəl Şəki ŞRPŞ-də şəxsi heyətlə iş üzrə rəis köməkçisi vəzifəsində çalışıb.

Gununsesi.org