Vilayət Eyvazov yeni rəis təyin etdi

  • By admin
  • 07 Fevral 2020 09:48

Daxili İşlər Nazirliyində daha bir təyinat olub.

Gununsesi.org-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Arzu Rzayev Kürdəmir Rayon Polis Şöbəsinə rəis gətirilib.
O, bundan əvvəl Siyəzən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.

Gununsesi.org