Vilayət Eyvazov vətəndaşları incidən polis mayorunu işdən çıxardı

  • By admin
  • 04 Noyabr 2019 22:38
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yoxlama keçirilib.
Gununsesi.org xəbər verir ki, yoxlama nəticəsində vətəndaşların haqlı narazılığı dinlənilərək 18-ci Polis Şöbəsinin Baş təhqiqatçısı, polis mayoru Anar Bayramov vətəndaşları incitdiyinə və süründürməçiliyə yol verməsinə görə vəzifəsindən azad olunaraq sərəncama göndərilib.
Gununsesi.org